İyul 18, 2020 04:23 Asia/Baku
  • Zərif Azərbaycanın yeni xarici işlər naziri ilə danışıb

İran İslam Respublikası Xarici İşlər Naziri Azərbaycanlı həmkarı ilə telefon danışığında onu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və o ölkə ilə Ermənistan arasında baş verən son toqquşmalar barədə fikir mübadiləsi aparıb.

SəhərAzəri xəbər verir, Ceyhun Bayramovun Azərbaycan Respublikasının yeni xarici işlər naziri təyin olunmasından sonraranın xarici işlər naziri Məhəmməd Cavad Zərif onunla telefon danışığında, onu vəfəyə əyin edilməsi münasibəti ilə təbrik edib, ikitərəfli əlaqələrin genişlənməsini vurğulamaqla, Son günlər Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən toqquşmalardan və bir sıra əsgərin ölümündən təəssüfləndiyini bildirib, İran İslam Respublikasının vasitəçilik etməyə və tərəflər arasındakı gərginliyi azaltmağa hazır olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, Son günlər Tavuz sərhəd bölgəsində Ermənistan və Azərbaycan qüvvələri arasında baş verən qarşıdurmalar hər iki tərəfdən itki ilə nəticələnib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son bəyanatında, həm sərhəd bölgəsində, həm də Dağlıq Qarabağdakı mübahisəli ərazidə gərgin vəziyyətin davam etdiyi bildirilir.

Teqlər