İİR Ordusunun dəniz qoşunları ən yeni raket və sursatlarla təchiz olunub
https://azeri.sahartv.ir/news/Özəl-i374320-İİr_ordusunun_dəniz_qoşunları_ən_yeni_raket_və_sursatlarla_təchiz_olunub
İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı deyib ki, bu qüvvələr ən yeni raket və sursatlarla təchiz oluna bilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2021 18:42 Asia/Baku
  • İİR Ordusunun dəniz qoşunları ən yeni raket və sursatlarla təchiz olunub

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı deyib ki, bu qüvvələr ən yeni raket və sursatlarla təchiz oluna bilibdir.

SəhərAzəri xəbər verir ki, İranın Mazandaran vilayətinin Nouşəhr şəhərindəki dəniz elmləri akademiyasında olan kontr-admiral Hoseyn Xanzadi bu qüvvələrdə destroyerlərin yerliləşdirilməsinə işarə ilə söyləyib: İran İslam Respublikası Ordusunun dəniz qoşunları, öz işçilərinin ardıcıl səyləri ilə müxtəlif tipli elektron raketlər də daxil olmaqla müxtəlif hərbi sursatlarla təchiz oluna bilibdir.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandanı İranın dəniz geopolitik mövqeyinə toxunaraq, deyib: İran dünya enerjisi üzrə strateji mərkəzdə yerləşir və bölgənin ən uzun sahilləri və böyük tranzit məziyyətinə malikdir.