Yəməndə işğalçılığın qarşı izdihamlı yürüş+Video
Yəməndə milyonlar insan təcavüzə qarşı müqavimətin 6-cı ilində meydanlara çıxdı
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Yəmənin bir çox vilayətində Səudiyyə rejiminin rəhbərlik etdiyi işğalçı koalisiyasının hücumlarının başlamasının 7-ci ildönümündə işğalçılara qarşı izdihamlı yürüşlər keçirilib.
Məlumata görə yüz minlərlə yəmənli sakin Səudiyyə rejimi və BƏƏ-nin altı illik təcavüzkarlığına qarşı etiraz etmək üçün ölkənin 20-dən çox şəhərində küçələrə çıxıblar.
Paytaxt Səna başda olmaqla, ölkənin Saada, Haccəh, İbb, Hudeyda, Taiz, Zomar, Couf və digər şəhərlərində küçələrə çıxan Yəmən xalqı, sonuncu işğalçını qovanadək müqavimətlərini davam edəcəklərini bəyan ediblər.
"Ölüm olsun Amerikaya", "Ölüm olsun İsrailə", "Ölüm olsun Ali Səuda" şüarlarını səsləndirən yəmənlilər müqavimətdən heç vaxt imtina etməyəcəklərini bildiriblər.
Dünən (26 mart) xalqa müraciət edən Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi, ABŞ, İsrail rejimi və Böyük Britaniyanın Yəmən müharibəsinin dəstəkçiləri olduqlarını bildirərək, Səudiyyə rejimi və BƏƏ-nin sadəcə bu ssenarinin icrasında oyunçu olduğunu qeyd edib.