İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri senasion tvit paylaşdı
Pakayin: Azərbaycan səfirliyi insan qaçaqçılığı həyata keçirib
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri bildirib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyi insan qaçaqçılığı həyata keçirib.
Möhsün Pakayin özünün tvitter hesabında yazıb: “Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən şəxsin həyat yoldaşı Gülnar Əliyevanın pasportu ərinin əlində olub və həmin bu xanım Azərbaycan səfirliyinin köməyi ilə keçid vərəqəsui alaraq, həyat yoldaşının razılığı olmadan ötən ilinin aprel ayı İranı tərk edib. Hüquq nöqteyi-nəzərdən bu əməl bir diplomatik təşkilat tərəfindən insan qaçaqçılığının bariz nümunəsidir. Və yerli və xarici məhkəmələrdə təqib oluna bilər”.
Xatırladaq ki, diplomatik korpusun bir işçisinin ölümü ilə nəticələnən məlum hadisənin baş verdiyi gündən indiyədək Yasin Hüseynzadənin xanımı barədə rəsmi Bakı tərəfindən heç bir məlumat verilməyib və onun vəziyyəti müəmma olaraq qalmaqdadır. Həmçinin Azərbaycan hakimiyyəti istintaq gedişində İranın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməkdən boyun qaçıraraq heç bir dəlil-sübut olmadan bu dövlətin ayrı-ayrı orqanlarına qarşı saxta ittihamlar irəli sürür və hadisəni planlı terror aktı kimi qələmə verməkdə israrlıdır.
Bəzi iddialara görə, sionist rejim səfiri Tehranda səfirliyə hücumdan dərhal sonra Azərbaycan rəsmilərinə bəzi tapşırıqlar verərək onları yönləndirməyə çalışıb və məhz bu səbəbdən də iki qonşu ölkə arasında münasibətlər gərginləşib. Azərbaycan səfirliyinin təcili şəkildə təxliyə olunmasının da bu amillə bağlı olduğunu təxmin etmək olar. Bu istiqamətdə İranla düşmənçilik ovqatını qızışdıran sionistlər Əliyev hökumətini Təl-Əvivdə səfirlik açmağa tələsdiriblər.