May 23, 2023 16:19 Asia/Baku

İran İslam Respublikasının prezidenti deyib ki, Tehran və Cakarta öz ticarət mübadilələrini milli valyutalarla həyata keçirmək qərarına gəliblər.

SəhərAzəri-nin məlumatına görə, İndoneziyada rəsmi səfərdə olan Seyid İbrahim Rəisi bu gün bu ölkənin prezidenti Coko Vidodo ilə birgə mətbuat konfransında iki ölkənin ticarət mübadilələri həcminin iyirmi milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu bildirib.

İran İslam Respublikasının prezidenti qeyd edib ki, Asiya və dünyada mühüm və təsirli ölkələrdən biri kimi İndoneziya ilə əlaqələrin genişləndirilməsi, İran üçün böyük əhəmiyyət kəsb edir.

 

Teqlər