Okt 04, 2023 20:27 Asia/Baku

General Baqiri: Ermənistan-Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazırıq

İran İslam Respublikasının Silahı Qüvvələrinin Baş Qərargah rəisi bu dövlətin Ermənistan-Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu açıqlayıb.

General-Leytenant Məhəmməd Baqiri bu gün Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdə bölgədə gərginliyin davam etməsinə toxunaraq deyib ki, mövcud vəziyyətin davam etməsi Ermənistan və Azərbaycanın, eləcə də regionun digər ölkələrinin xeyrinə deyil.

Cənab Baqiri Cənubi Qafqazda yaşanan təhlükəsizlik olaylarının bütövlükdə regionun təhlükəsizliyinə təsir etdiyini vurğulayaraq qeyd edib: “Bu regionda fikir ayrılıqlarının və gərginliklərin həllinə diqqət yetirilməlidir və İran İslam Respublikası bu gərginliyin həllinə kömək etməyə hazırdır”.

İran İslam Respublikasının Ermənistan-Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu elan edən generalın sözlərinə görə, heç bir ölkənin müdafiə və hərbi imkanlarının təkmilləşdirilməsi aqressiya niyyəti ilə müşayiət olunmamalır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi sonra deyib: “Bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin xeyrinədir və regionda təhlükəsizliyi məhz region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu regionun dincliyinə ziddir. Belə ki, təfriqə və sabitsizlik əcnəbilərin siyasətidir və region ölkələri öz problemlərini dialoq yolu ilə həll etməlidir.

General Baqiri ABŞ-ın Ermənistandakı son təlimi haqqında isə bunları erməni rəsminin diqqətinə çatdırıb: “Regiondan kənar yeni aktorların burada peyda olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır”.

 

 

Teqlər