Əmir Abdullahian: "Xəzərin təhlükəsizliyi regionun əsl məsələlərindəndir"
Dek 05, 2023 14:44 Asia/Baku
İran Xarici işlər naziri Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə deyib:
16 mindən çox şəhid edimiş fələstinli haqda məsələdən göz örtə bilmərik. Ümid edirəm ki, bu sammit bütün əməkdaşlıqlarda daha çox birgə səyi yaranmasına səbəb olacaq. Xəzər bizim dostluğumuzun simgəsidir. Onun hövzələrində yaşayan 250 milyon əhali birgə qonşuluq üçün xeyir və bərəkət mənbəyidir. Biz onu gələcək nəsillər üçün qoruyub saxlamağa çalışmalıyıq. Xəzər regionunda təhlükəsizlik məsələsi ən önəmli yerdə dayanır və bizim hamımız buna cavabdehik daşıyırıq. Təəssüf ki, Xəzəryanı ölkələrin baş nazirlərinin Tehran görüşü öncədən görülmüş bütün tədbirlərə baxmayaraq təxirə salındı və yalnız birinci müavinlərin görüşü olaraq keçirildi.