Yan 31, 2024 18:13 Asia/Baku

Şərqi Azərbaycan əyalətinin Regional Su İdarəsinin rəisi Yusif Qaffarzadə deyib:

"İran və Azərbaycan arasında iranlı mühəndislər tərəfindən inşa edilmiş müştərək Qız Qalası bəndi bu il Fəcr ongünlüyündə istifadəyə veriləcək. Qız Qalası bəndi, 50 000 kubmetrlik şimal su anbarı, Yuxarı Sovmie şəbəkəsi, Kəlalə və Dərana nasos stansiyaları da daxil olmaqla dörd layihə istismara hazırdır". 

O, bildirib ki, Qız Qalası bəndi layihəsi gil özəyi olan torpaq tiplidir, uzunluğu 864 metr, hündürlüyü isə 37 metrdir. İki milyard kubmetr su tutumuna malik bənd Xudafərin su təchizatı şəbəkəsini və Şərqi Azərbaycan vilayəti və Ərdəbilin aşağı hissələrindəki əraziləri su ilə təmin etmək və elektrik enerjisi istehsalı məqsədi ilə tikilib. Bənd İran və Azərbaycan tərəfindən birgə istismar edilir.

Regional Su İdarəsinin rəisi Yusif Qaffarzadə daha sonra əlavə edib: “Qız Qalası bəndi Xudafərin bəndindən 12 kilometr aşağıda yerləşir və onun məqsədi Xudafərin su anbarından çıxan suyun tənzimlənməsi, yönləndirilməsi və Xudafərin bəndinin aşağı axınında suvarma və drenaj şəbəkəsinin əsas kanalına ötürülməsidir. Bəndin elektrik enerjisi istehsalı 40 meqavat, istehsal gücü ildə 135 giqavat saat təşkil edir”

 

 

 

Teqlər