Apr 22, 2024 17:42 Asia/Baku

İran və Pakistan münasibətlərinin daha da gücləndirilməsi məqsədilə İran prezidenti Pakistana üç günlük səfərə gedib

Prezident Rəisi: "İran və Pakistan arasında ticarət və iqtisadi əlaqələr 10 milyard dollara çatır"

İran prezidenti çıxışında deyib:

"İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səviyyəsi qənat bəxş deyildi. Ona görə də qərara gəldik ki, ilk addımda iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin səviyyəsi 10 milyard dollara yüksəlsin.

İki ölkə arasındakı sərhəd iki xalqın rifahı üçün istifadə oluna biləcək bir fürsətdir. Sərhədlər iki ölkə arasında əməkdaşlığın əsas təzahürüdür."


İran və Pakistan arasında 8 əməkdaşlıq sənədi imzalanıb

Prezident Rəisinin Pakistana səfəri zamanı İran və Pakistan arasında 8 əməkdaşlıq sənədi, o cümlədən 3 saziş və 5 birgə anlaşma memorandumu imzalanıb^

1. Təhlükəsizlik müqaviləsi
2. Mülki və kommersiya məsələləri üzrə məhkəmə müqaviləsi
3. Hüquqi əməkdaşlığa dair anlaşma memorandumu
4. Azad zonaların və xüsusi iqtisadi zonaların yaradılmasına dair anlaşma memorandumu
5. Pakistanın İnsan Resurslarının İnkişafı üzrə Anlaşma Memorandumu
6. Filmlərin mübadiləsi üçün anlaşma memorandumu
7. Standart və lisenziyaların qarşılıqlı tanınma memorandumu
8. Kənd təsərrüfatı, heyvandarlığın inkişafı sahəsində anlaşma