Qarabağ FK ilə "futbol röyası"
Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edən ilk komanda olaraq "Qarabağ" zirvəyə gedən yolda inamla addımlayır. Amma, görəsən hələ bir neçə il öncəyə qədər o qədər də tanınmayan bu komandanın ilham və güc qaynağı nədir?
Heç şübhəsiz Cənubi Afrika əsilli hücumçu Dino Endlavın Kopenhagen ilə qarşılaşmanın 63-cü dəqiqəsində vurduğu qolun dəyəri, rəqi komandanın ev sahibliyi etdiyi oyunda vurulmuş qoldan çox-çox dəyərli idi. Bu qol, Qarabağ komandasının tərəfdarları üçün bəlkə də Dünya Çempionatında vurlan qola bərabər idi. Qarabağ Azərbaycan tarixində yeni bir səhifə açmışdı... Qarabağ komandası Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqillik əldə etməsindən ötən 26 ildə Avropa Çempionlar Liqasında qrup oyunlarında iştiraka vəsiqə əldə edən ilk komandadır. Amma, tarix yazan bu Azərbaycanlı balasının dastanı hardan başlanır?
Qarabağ üçün belə bir röyanın gerçəkləşməsi heç şübhəsiz Danimarka, Maldova və Gürcüstan çempionları üzərindəki qələbə ilə məhdudlaşmır. Daha öncəyə, keçmişə, 2008-ci ilə qayıdaq. Bu dastan Neftçi komandasının əfsanəvi oyunçusunun baş məşqçi seçilməsi və çiçəklənməsi ilə başlanır. Azərbaycan yığmasının sabiq ulduzu Qurban Qurbanov Qarabağ komandasının ölkə futbolunun zirvəsinə yüksəltmək üçün sadəcə bir fəslə ehtiyaclı idi. Bundan sonra Avropa onlar üçün artıq əlçatmaz deyildi. Onlar 2009-2010-cu illərdə ilk dəfə olaraq Avropa Liqasına seçmə mərhələsində iştiraka vəsiqə əldə edirlər. Və demək olar ki, bu günə kimi bu ənənəni qorumağı bacarıbalr. Amma, görəsən onların röyası sadəcə bundan ibarət idi?
2013-2014-cü illərdə hər şey daha da cəlbedici olmağa başladı. Qarabağ o zaman paytaxt sakinlərinin 20 illik liderliyinə son qoymağı bacarmışdı. Yəni, 1993-cü ildə Azərbaycan Premyer Liqasının qalibi olduqları zamandan 2012-ci ilə kimi çempionluq sadəcə Bakı komandalarına nəsib olan bir titula çevrilmişdi. Amma, brazilyalı Rinaldonun gəlişi ilə Qurban Qurbanovun yetirmələri çempionluq kubokunu başları üzərinə qaldırdılar. Maraqlıdır ki, o zamandan bəri Qarabağ komandası çempionluq titulunu heç bir komandaya güzəştə getməyərək, liderliyini qoruyub.
Amma, ardıcıl olaraq 3 dəfə Avropa Çempionlar Liqasına seçmə mərhələsində iştirak etmək onları Avropanın ikinci ən önəmli futbol çempionatının sabit iştirakçısına çevirmişdi. Bu isə Qarabağ komandasının tərəfdarlarını artıq qane etmirdi. Onlar komandalarından daha artığını gözləyirdilər. İndi onlar əlçatmaz röyalar haqda fikirləşir, bu röyaların gerçəkləşməsini istəyirdilər. Dino Endlavın 63-cü dəqiqədə vurduğu qol və 2017-2018-ci il üçün Avropa Çempionlar Liqasında iştirak Qarabağ komandasının tarixində yeni və daha öncə təcrübə edilməmiş bir hadisənin başlanğıcı idi. Bu hadisənin adının isə, futbolda baş verən bütün acı və şirin hadisələri ilə yanaşı, futbol ilə heç bir ortaq yanı yox idi. Hətta, ümumiyyətlə idman cinsindən də deyildi. Onun adından müharibə qoxusu gəlirdi: Sürgün edilmiş...