İranlı cüdoçu ikinci olub
https://azeri.sahartv.ir/news/İdman-i301272-İranlı_cüdoçu_ikinci_olub
İranlı cüdoçu Cavad Məhcub Türkiyənin Antaliya şəhərində keçirilən Qrandpri yarışlarında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2018 03:26 Asia/Baku
  • Cavad Məhcub
    Cavad Məhcub

İranlı cüdoçu Cavad Məhcub Türkiyənin Antaliya şəhərində keçirilən Qrandpri yarışlarında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb.

Cavad Məhcub dünən axşamçağı Türkiyənin Antaliya şəhərində keçirilən Qrandpri yarışlarında Özbəkistan, Kuba və Braziliyadan olan rəqiblərini məğlub edərək, finala çıxıb. O, finalda rus rəqibinə məğlub olaraq, yarışların ikincisi olubdur.

73 kq çəki dərəcəsində yarışan digər nümayəndəmiz- Mohəmməd Bərimanlu da bundan öncə yarışların üçüncüsü olmuşdu.

Əlli ölkədən 317 cüdoçunun iştirakı ilə keçirilən 2018-ci il Qrandpri yarışları dünən axşamçağı başa çatıbdır.