Əmir Abdullahiyan Qətərin xarici işlər naziri ilə görüşüb
May 29, 2015 13:17 Asia/Baku
-
Əmir Abdullahiyan Qətərin xarici işlər naziri ilə görüşüb
İran İslam Respublikası xarici işlər nazirinin müavini regionda gərginlik və böhrana səbəb olan metodlardan istifadəni qeyri-konstruktiv adlandırıb.
Beynəlxalq Səhər Kanalının İSNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan Küveytdə, İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri iclasının kənarında Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə görüşüb, regional hadisələr barədə onunla danışıqlar aparıb.Əmir Abdullahiyan bu görüşdə region ölkələri arasında daha artıq əməkdaşlığa təkid edərək, deyib: Yəmən və Suriya böhranları yalnız siyasi həll yollarına malikdir və regionda gərginliyi daha da artıran metodlardan istifadə qeyri-konstruktivdiir.
Xalid bin Məhəmməd əl-Ətiyyə də bu görüşdə regional məsləhətləşmələrin önəminə təkid edərək, terrorizmi ciddi təhdid adlandırıb və deyib: region ölkələrinin təhlükəsizliyi bir-birinə bağlıdır və regiondakı gərginlikdən hamı zərər çəkəcək.
Bu görüşdə regional və beynəlxalq məsələlər barədə məsləhətləşmələr aparılıb.