İranın humanitar yardım yükünü daşıyan təyyarə Cibutiyə enib
May 29, 2015 09:10 Asia/Baku
-
İranın humanitar yardım yükünü daşıyan təyyarə Cibutiyə enib
İranın Qırmızı Aypara Cəmiyyətinin Yəmən xalqı üçün göndərdiyi humanitar yardım yükünü daşıyan təyyarə Cibutidə yerə enib.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Yəmən xalqı üçün göndərdiyi humanitar yardım yükünü daşıyan təyyarə bu gün səhər yerli vaxtla saat 6-da İranın Bəndər Abbas hava limanından havaya qalxıb və 4 saat davam edən uçuşun ardınca, Ərəbistanın təxribatçı hərəkətlərinə rəğmən Cibuti hava limanına enməyi bacarıb.İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndə heyətinin başçısı Sarim Rzayi İRİB müxbirinə deyib: Yəmən əhalisinin ərzaq məhsullarına olan zəruri ehtiyaclarını nəzərə alaraq, 20 tondan artıq qida maddəsi o cümlədən balıq konservləri BMT-nin Ərzaq Proqramına təhvil verilib.
Rzayi əlavə edib: BMT-nin Ərzaq Proqramı da bu qida maddələrinin Yəmən əhalisi arasında paylanılması, yardım yükünü Yəmənin Qırmızı Aypara Cəmiyyətinə təhvil verəcək.
Bundan öncə Ərəbistan İranın humanitar yardım yüklərini daşıyan 3 təyyarənin məqsədə çatmasına maneələr törətmişdi.
Teqlər