Əmir Abdullahiyan: Ərəbistanın Yəmənə hücumu bir islam ölkəsinə yaraşmayan hərəkətdir
https://azeri.sahartv.ir/news/İran-i194478-Əmir_abdullahiyan_Ərəbistanın_yəmənə_hücumu_bir_islam_ölkəsinə_yaraşmayan_hərəkətdir
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Ərəbistanın Yəmənə hücumunu bir islam ölkəsinə yaraşmayan hərəkət adlandırıb və ümidvarlıq edib ki, Ərəbistan Yəmən xalqı və bu ölkənin iqtisadi infrastrukturlarına qarşı hücumlarına son qoysun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 04:25 Asia/Baku
  • Əmir Abdullahiyan: Ərəbistanın Yəmənə hücumu bir islam ölkəsinə yaraşmayan hərəkətdir
    Əmir Abdullahiyan: Ərəbistanın Yəmənə hücumu bir islam ölkəsinə yaraşmayan hərəkətdir

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Ərəbistanın Yəmənə hücumunu bir islam ölkəsinə yaraşmayan hərəkət adlandırıb və ümidvarlıq edib ki, Ərəbistan Yəmən xalqı və bu ölkənin iqtisadi infrastrukturlarına qarşı hücumlarına son qoysun.

Fars xəbər agentliyinin məlumatına görə, Hüseyn Əmir Abdullahiyan dünən axşam Tehranda səfərdə olan bir qrup iordaniyalı siyasi və media nümayəndəsi ilə görüşdə deyib ki, İranın sabit siyasəti bütün ölkələr, xüsusilə islami və region ölkələri ilə əlaqələri genişləndirməkdir. O, ümidvarlıq edib ki, iki ölkənin bütün sahələrdəki yaxşı əlaqələri tez bir zamanda genişlənəcək.
O, müdaxilələr və hərbiləşdirməklə regionu kobudluğa sürükləmiş tərəfləri tənqid edərək, Yəmən xalqı və iqtisadi infrastrukturlarına qarşı hücumları və minlərlə yəmənlinin öldürülməsini pisləyib.
Əmir Abdullahiyan region xalqlarının Fələstini himayə üzrə ortaq problemlərinə toxunaraq, İranın Fələstini və müqavimət mehvərini himayəsinin davamını vurğulayıb.
Bu görüşdə iordaniyalı şəxsiyyətlər Tehranın, region xalqlarının düşmənlərinin ixtilaf və qarşıdurma yaratma fitnələri ilə mübarizə, region ölkələri xalqlaırnın yaxınlığı və müqavimət mehvərini himayə siyasətlərini alqışlayaraq, deyiblər ki, bu səfər iki ölkə xalqı arasında əlaqələrin gücləndirilməsi zəruərti hədəfi ilə baş tutub.