İyun 07, 2015 10:04 Asia/Baku
  • İran 10 ildə turizm qütbünə çevriləcək
    İran 10 ildə turizm qütbünə çevriləcək

İran İslam Respublikasının Mədəni İrs, Turizm və əl-İşləri Sənayesi Təşkilatının sədri deyib: Həyata keçirilən proqramlaşdırmalara əsasən İran 2025-ci il perspektivində dünyada turizm qütbü olaraq ildə 20 milyon xarici turisti cəzb etməlidir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Məsud Sultanifər əlavə edib: İran İslam Respublikası 2025-ci ildən sonra xarici turistlərin İrana səfərindən ildə 30 milyard dollar gəlir əldə edəcək.
İran İslam Respublikasının Mədəni İrs, Turizm və əl-İşləri Sənayesi Təşkilatının sədri hazırda ildə 5 milyon 100 min turistin İrana səfər etdiyini bəyan edərək söyləyib: İrana gələn xarici turistlərin sayı 2025-ci ilə qədər 20 milyon nəfərə çatacaq.
Soltanifərin sözlərinə görə, İranın hal-hazırda 1 milyona yaxın tarixi abidələri vardır və bu, İslam Respublikasının muzey ölkəsinə çevrilməsinə səbəb olub.

Teqlər