İranın Yəmənə humanitar yardımlarını aparan 2-ci gəmi yola düşüb
https://azeri.sahartv.ir/news/İran-i194602-İranın_yəmənə_humanitar_yardımlarını_aparan_2_ci_gəmi_yola_düşüb
İran İslam Respublikasının Yəmənin məzlum xalqına humanitar yardımlarını daşıyan 2-ci gəmi ötən gecə İmam Xomeyni limanından Şəhid Rəcayi limanına doğru yola düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 08:55 Asia/Baku
  • Yəmənə humanitar yardımları aparan 2-ci gəmi yola düşüb
    Yəmənə humanitar yardımları aparan 2-ci gəmi yola düşüb

İran İslam Respublikasının Yəmənin məzlum xalqına humanitar yardımlarını daşıyan 2-ci gəmi ötən gecə İmam Xomeyni limanından Şəhid Rəcayi limanına doğru yola düşüb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Xuzistan Liman və Dənizçilik Təşkilatının baş direktoru deyib: Arzu adlı bu 15 tonluq gəmiyə 8 min ton düyü və min ton şəkər İmam Xomeyni limanında yüklənib və proqrama əsasən, un da Şəhid Rəcayi limanında yüklənəcək.
Abdullahi əlavə edib: Bu gəmi Fars körfəzi vasitəsi ilə Yəmənə yollanacaq və bu köməkləri məzlum yəmənlilərə çatdıracaq. Bu gəminin yüklənməsi və göndərilməsində məqsədi İran İslam Respublikası və İran xalqının məzlumlara dəstəyi və humanist baxışının bəyan edicisi olduğunu bildirərək xatırladıb: Bu köməklər Xuzistan əhalisinin bombardmanı və müharibənin acı məhdudiyyətlərini təcrübə edtdiyinə görə Yəmənə göndərilir.
Yəmən xalqı üçün İranın humanitar yardımlarını aparan gəmi İmam Xomeyni limanında 14 gün öncə yüklənməyə başlanmışdı.