Ayətullah Əraki: Siyasi rəhbərlər regionda qanın axıdılmasının qarşısını alsınlar
İyun 12, 2015 12:46 Asia/Baku
-
Siyasi liderlər regionda qanın axıdılmasının qarşısını almalıdırlar
İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi deyib: Hazırda məzhəblər arasında çəkişmə və savaş islam düşmənlərinin xeyrinədir.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki Qazaxıstan müftisi Ərcan Miyamirovla görüşdə islam məzhəblərinin yaxınlaşdırılmasının vacibliyini vurğulayıb və əlavə edib: İclaslar və məsləhətləşmələrdə həmişə islam dünyasının problemlərinin həlli və islam məzhəblərinin yaxınlaşdırılması vurğulanmışdır.Ayətullah Əraki Qazaxıstan müftisini Tehranda keçiriləcək İslam Vəhdəti Beynəlxalq Konfransına dəvət edib.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi həmçinin Qazaxıstanda Beynləxalq və yerli dinlərin rəhbərlərinin 5-ci konfransında deyib: Supergüclər İŞİD və əl-Qaidə kimi təkfirçi və radikal qrupların arxasındadırlar. Bu məsələ Əfqanıstanda, hətta İraqda müharibə bitdikdən sonra müşahidə olundu.
Ayətullah Əraki əlavə edib: Supergüclər İraqa qarşı hərbi əməliyyatda müdaxilə edib və şiə və sünnini bir-birinin düşməni elan ediblər. Halbuki İraqda müharibə sünni və şiə arasında savaş deyil və bu qarşıdurmalar siyasi və dini deyildir.