Laricani: İran istila ardınca deyil
İyun 14, 2015 08:40 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası regionun digər ölkələrinə istila tapmaq ardınca deyil.
Səhər Beynəlxalq Televiziyasının məlumata görə, İran parlamentinin sədri Əli Laricani şənbə günü Tehranda bildirib: İranın imperatorluq və region ölkələrini istila etmək ardınca olmaq nəzəriyyəsi yanlış düşüncədir. Çünki İran yalnız bu ölkələrə onların təhlükəsizliyi və stabilliyi çərçivəsində kömək edir.İranın dəyərli sivilizasiya keçmişinə toxunan Laricani deyib: İran xalqı həmişə dünyanın gələcəyində təsirli olmağa maraqlı olmuşdur. Bu isə İranın əsilliyinə qayıdır və elə buna görə, həmişə dünya müsəlmanları qarşısında məsuliyyət hiss etmişdir.
İran parlamentinin sədri İranın izzət və iqtidarlı olmasının səbəblərini bütün müsəlmanların işlərinə diqqət yetirən sayıq rəhbərə malik olmaq adlandırıb və deyib: İslam İnqilabının Böyük Rəhbərinin İran ictimaiyyətini istiqamətləndirməkdə rolu böyük olubdur.
Laricani həmçinin təkfirçi qruplaşmaların siyasi İslamın ardıcılı olmağa dair iddialarına toxunaraq bildirib: Reallıq budur ki, onlar əvəzedici siyasi İslam və dərk edilməyən İslamı genişləndirir, bütün İslam məzhəblərini kafir adlandırır və deyirlər ki, onların hamısını öldürmək lazımdır.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: Qərb ölkələri İŞİD terror qruplaşmasını məhv etmək yox, idarə etməyə çalışırlar.