İran parlamentinin sədri İrlandiya ilə ikitərəfli əlaqələrin inkişafını vurğulayıb
İyun 15, 2015 16:45 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri İrlanidiya ilə ikitərəfli əlaqələrin inkişafını vurğulayıb.
Səhər beynəlxalq telekanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün günorta Tehran hava limanında İrlandiyaya səfərinin hədəflərini açıqlayaraq, müxbirlərə deyib ki, iki ölkənin parlament əlaqələrinin genişlənməsi və İranın iqtisadi inkişafı İrlanidiyaya ikigünlük səfərinin əsas mehvərlərindəndir.Laricani qeyd edib ki, onun İrlandiyaya səfəri İrlandiya prezidentinin Tehrana səfərindən sonra və həmin ölkənin parlament sədrinin dəvəti ilə həyata keçir və bu səfərdə müxtəlif sektorlarda investisiya və iqtisadi əməkdaşlıqlar nəzərdən keçiriləcək.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün günorta İrlandiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə həmin ölkəyə yola düşüb.