Müqəddəs Müdafiə dövrünün 270 şəhidi son mənzilə yola salınır
https://azeri.sahartv.ir/news/İran-i194927-müqəddəs_müdafiə_dövrünün_270_şəhidi_son_mənzilə_yola_salınır
Müqəddəs Müdafiə dövrünün yenicə tapılmış 270 şəhidinin dəfn mərasimi Tehranda bir qrup rəsmi və insanların izdihamlı iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 15:13 Asia/Baku
  • Müqəddəs Müdafiə dövrünün 270 şəhidi son mənzilə yola salınır
    Müqəddəs Müdafiə dövrünün 270 şəhidi son mənzilə yola salınır

Müqəddəs Müdafiə dövrünün yenicə tapılmış 270 şəhidinin dəfn mərasimi Tehranda bir qrup rəsmi və insanların izdihamlı iştirakı ilə keçirilib.

Səhər Beynəlxalq Televiziyasının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Tehranın Bəharestan meydanı və bu meydana bitişən prospektlər bu gün çərşənbə axşamı günü əhalinin izdihamlı iştirakının şahidi olub. Belə ki, Quran-Kərimin tilavət olunması ilə Müqəddəs Müdafiə dövrünün yenicə tapılmış 270 şəhidinin dəfn mərasimi bu meydanda keçirilib.
Sonra Şəhidlər Karvanının hərəkəti ilə şəhidlər son mənzilə yola salınıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkinlərin Tapılması komitəsinin komandanı general-leytenant Seyid Məhəmməd Baqirzadə son vaxtlar Şələmçə sərhədində Müqəddəs müdafiə dövrünün şəhidlərinin pak cənazələrinin qarşılanması mərasimində deyib: Kərbəla-4 əməliyyatında Bəəs rejimi qüvvələri tərəfindən 175 dalğıc şəhid olub.