İyun 23, 2015 10:19 Asia/Baku
  • İran Xİ nazirinin müavini və BMT-nin xüsusi nümayəndəsi Yəmən böhranı barədə danışıblar
    İran Xİ nazirinin müavini və BMT-nin xüsusi nümayəndəsi Yəmən böhranı barədə danışıblar

İran İslam Respublikası xarici işlər nazirinin müavini Tehranın BMT xətti ilə Yəmənə humanitar yardımların göndərilməsinə hazır olduğunu bildirib.

İRİB-nin məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bazar ertəsi BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə telefon söhbətində mübarək Ramazan ayının gəlib çatmasına işarə edərək, Ərəbistan və müttəfiqlərinin Yəmən xalqına qarşı hücumlarının dayandırılmasını zəruri adlandırıb.
Əmir Abdullahiyan deyib: BMT Cenevrə müzakirələrində Yəməndə atəşkəsin bərqərar edilməsinə nail ola bilməsə də, humanitar yardımların göndərilməsi əməliyyatının sürətləndirilməsi üçün Yəmənin daxilində "yaşıl" məntəqələriin, dəniz və hava limanlarının təyin ediləcəyi kimi bir gözləntilər var idi.
İranın xarici işlər nazirinin müavini daha sonra vurğulayıb: İran İslam Respublikası BMT-nin Yəmənə humanitar yardımların göndərilməsi və yəmənli qruplar arasında danışıqların təşkil edilməsi üzrə səylərini dəstəkləyir və bu qənaətdədir ki, Yəmən böhranı sadəcə diplomatik həll yoluna malikdir və başqa bir yol yoxdur.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd də bu telefon danışığında BMT-nin Cenevrə müzakirələrində Yəmən böhranının həlli istiqamətində anlaşmanın əldə olunması və atəşkəsin bərqərar edilməsi üzrə səylərinə toxunaraq, deyib: Cenevrə müzakirələrində iki tərəfin baxışlarındakı fasilə çox böyük idi. Amma, BMT müzakirələrin davam etdirilməsinə bir zərurət olaraq təkid edir.
İsmail Vələd Şeyx Əhməd əlavə edib: Yəmən böhranı üçün danışıqlardan başqa həll yolu yoxdur və BMT müzakirələrin davam etdirilməsi və mövqelərin yaxınlaşdırılması üzrə səylərini davam etdirəcək.
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi həmçinin, İran İslam Respublikasının Yəmən xalqına humanitar yardımların çatdırılması əməliyyatını himayə etməsini yüksək qiymətləndirib və ümidvarlıq edib ki, Yəmən xalqına humanitar yardımların çatdırılması üçün "yaşıl" yolların yaradılması üzrə səylər öz nəticəsini vermiş olsun.

Teqlər