İyun 27, 2015 12:52 Asia/Baku
  • Hələlik müzakirələrin uzadılması gündəmdə deyil
    Hələlik müzakirələrin uzadılması gündəmdə deyil

İranın nüvə müzakirə komandasının baş üzvü deyib: Hələlik nüvə müzakirələrinin müddətinin uzadılması gündəmdə deyil və müzakirə komandası təyin olunan tarixdə yekun nəticəni əldə etmək istəyir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin müavini və nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçık əl-Aləm xəbər telekanalına verdiyi müsahibədə əlavə edib: Lozanna müzakirələrindən sonra 5+1 Qrupuna üzv bəzi ölkələrin mövqelərinin dəyişilməsei işi müəyyən qədər çətinləşdirib. Lakin müzakirələrin müddətinin uzadılması gündəmdə deyil.
İraqçı deyib: İran yekun nəticəni əldə etmək ardıncadır və bu turda ötən turlar formasında bir neçə ay müddətinə uzadılmaq məsələsi yoxdur.
İran xarici işlər nazirinin müavini müzakirələrin irəliləyişi barəsində əlavə edib: Nisbətən yaxşı işlər həyata keçirilib və mətnlərin bir çox hissəsi yekunlaşıb. Lakin qalan hissələrin məzmun və keyfiyyət dəyəri vardır ki, onlar barədə anlaşma olmalıdır.
Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi məqsədilə İran və 5+1 Qrupunun nüvə məsləhətləşmələrinin 8-ci turu 17 iyundan müavinlər səviyyəsində Vyana şəhərində keçirilməkdədir. 1 iyul 7 aylıq nüvə anlaşmasının müddətinin son günüdür.
İran və 5+1 Qrupu təxminən 20 aydır ki, nüvə məsələsinin tam həlli üçün müzakirələrə başlamışlar.

Teqlər