Zərif və Kerri məsləhətləşiblər
İyun 28, 2015 16:44 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri və ABŞ dövlət katibinin Yekun Nüvə Anlaşmasının əldə olunması məqsədilə ixtilafların həlli üzrə 3-cü tur müzakirəsi Vyanada başlayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu gün günortadan sonra Vyanada başlayan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin müzakirələrində onların müavinləri, Amerikanın energeik naziri Ernest Muniz və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Helqa Şmidt də iştirak edirlər.Altılıq qrupu xarici işlər nazirlərinin İran xarici işlər naziri ilə ikitərəfli və neçə tərəfli müzakirələri də Vyanada bazar günü baş tutacaq görüşlərdəndir.
Sabah da anlaşma mətninin tənzimlənməsi üçün müzakirələr davam edəcək.