Təyin olunan zamandan sonra nüvə müzakirələri davam edəcək
İyun 28, 2015 20:06 Asia/Baku
İranın nüvə müzakirə komandasının media məsələləri üzrə rəsmisi deyib: Müzakirələr 30 iyuna qədər təyin olunan zamandan sonra davam edəcək.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın nüvə müzakirə komandasının media məsələləri üzrə rəsmisi əlavə edib: Hələlik çoxlu işin qaldığını nəzərə alaraq müzakirə heyətləri 30 iyundan sonra da Vyanada qalacaq və yaxşı yekun anlaşmanı əldə etmək üçün müzakirələri davam etdirəcəklər.İranı müzakirə heyətinin media rəsmisi bildirib: İran xarici işlər naziri və ABŞ dövlət katibi Vyanada 3 iclas keçirərək mətnin və onun detallarının üzərində işin hansı formada davam etdirilməsi barədə lazımi göstərişləri öz komandalarına veriblər.
İran rəsmisi müzakirələrin zamanının uzun müddətə uzadılması barəsində heç bir iradə və danışığın olmadığını bildirərək xatırladıb: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öncədən təyin olunan proqrama əsasən bu gecə Tehrana qayıdır və bir gün Tehranda qaldıqdan sonra Vyanaya dönəcək.
Yekun nüvə anlaşmasının əldə olunması məqsədilə ixtilafların həlli üçün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin 3-cü tur müzakirələri bu gün Vyanada keçirilib.