İyul 11, 2015 19:12 Asia/Baku
  • İran BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə tədqiqat həmkarlığı edir
    İran BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə tədqiqat həmkarlığı edir

İranın Elmlər, Tədqiqat və Texnologiya Ali Şurasının baş katib əvəzi həmkarlıqların genişləndirilməsi üçün BMT-nin Sənaye İnkişafı Təşkilatı- YUNİDO ilə memorandumun imzalanmasından xəbər verib.

Mehr xəbər agentliyinin məlumatına görə, İranın Elmlər, Tədqiqat və Texnologiya Ali Şurasının baş katib əvəzi Məhəmməd Əbuyi Ərdəkan bu gün deyib ki, BMT-nin Sənaye İnkişafı Təşkilatı- YUNİDO ilə əməkdaşlıqlar zəmini yaranıbdır.
Onun Vyanada YUNİDO-nun baş direktoru Li Yanq ilə son görüşündəki sözlərinə görə, təlim, tədqiqat və texnologiya sahələrində sənaye investisiyası strategiyaları və siyasətlərinin işlənib hazırlanması sahəsində həmkarlıq barədə anlaşma sənədi imzalanıb. Həmçinin bu görüş zamanı İranın Elmlər, Tədqiqat və Texnologiya Ali Şurası və BMT-nin Sənaye İnkişafı Təşkilatının qanun-qaydaları, metodları və siyasətlərinə uyğun mənbələrə söykənməklə həmkarlıq mövzuları ilə əlaqədar layihələrin illik təyini və aşkarlanmasına təkid edilib.

Teqlər