İran TŞ-nin Yəməndə soyqırıma etinasızlığını tənqid edib
İyul 16, 2015 12:15 Asia/Baku
-
İran TŞ-nin Yəməndə soyqırıma etinasızlığını tənqid edib
İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika ölkələri üzrə müavini BMT Təhlükəsizlik Şurasının Ərəbistanın Yəməndə soyqırımı törətməsi qarşısında etinasız qalmasını tənqid edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian cümə axşamı günü İRNA ilə müsahibədə deyib: BMT və bu təşkilatın baş katibinin Yəmən məsələləri üzrə səylərinə etinasızlıq və Təhlükəsizlik Şurasında Yəməndəki böhran və soyqırımı qarşısında qərarsızlıq beynəlxalq ictimaiyyət üçün təəssüfləndirici haldır.Ərəbistan rejimi tərəfindən Yəməndə gücün tətbiq olunmasının davam etməsinin bu ölkə böhranına kömək etmədiyini bildirən Əmir Abdullahian əlavə edib: Tehran Yəməndə siyasi həll yolu, yəmənli-yəmənli danışıqlar və milli hökumətin təşkil olunmasını dəstəkləyir və bu ölkədə istənilən xarici müdaxiləni rədd olunmuş hesab edir.
Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumundan 3 aydan çox müddətin keçməsinə baxmayaraq, beynəlxalq dairələr hələ də Ali-Səudun Yəməndəki cinayətlərinə son qoya bilməmişlər.
Teqlər