İyul 23, 2015 21:17 Asia/Baku
  • Ümumdünya Səhiyyə Təşkilatı İranda səhiyyənin inkişafı layihəsini alqışlayıb
    Ümumdünya Səhiyyə Təşkilatı İranda səhiyyənin inkişafı layihəsini alqışlayıb

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri İranın səhiyyə proqramları, xüsusilə də sağlamlıq, qeyri-yoluxucu xəstəliklərə nəzarət və onun qarşısının alınması üzrə layihəni icra etməsini alqışlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ÜST rəhbəri Marqaret Çan cümə axşamı günü Tehranın cənub-qərbində yerləşən Qüds şəhərciyinin kənd səhiyyə mərkəzləri ilə yaxından tanış olduğu zaman deyib: İranın səhiyyə rəsmilərinin münasib proqramlarından biri səhiyyənin inkişafı proqramının icrasıdır. Bu proqramın icrası ilə İran İslam Respublikası regionda səhiyyənin örnəyinə çevriləcək.
Marqaret Çan əlavə edib: İran insan qüvvəsi baxımından inkişaf etmiş ölkədir, dünya səviyyəsində alimləri vardır və ÜST də öz təcrübələri və məşhur mütəxəssisləri səhiyyə səfirləri olaraq İranın ixtiyarına verməyə hazırdır.
ÜST rəhbəri deyib: İran beynəlxalq səviyyədə elmi mənbələr və mütəxəssislərə malik olaraq qeyri-yoluxucu xəstəliklərə (qan təzyiqi, diabet, ürək-damar və xərçəng xəstəlikləri) nəzarət və onların qarşısının alınmasını iş gündəmində saxlayır. Bu isə alqışalayiq addımdır.

Teqlər