Sanksiyadan sonra Müqavimət İqtisadiyyatının qızıl dövrü
İyul 26, 2015 09:21 Asia/Baku
İran İslam Respublikasının vitse-prezidenti sanksiyaların ləğvindən sonrakı dövrü Müqavimət İqtisadiyyatı siyasətlərinin icrasının qızıl dövr adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezidentinin 1-ci müavini İshaq Cahangiri jurnalistlərə verdiyi açıqlamada Müqavimət İqtisadiyyatını İranın iqtisadiyyatı üçün ən yaxşı seçim adlandırıb və deyib: Bu siyasətlərin icra dövrü sanksiyadan sonra olacaqdır.İranın vitse-prezidenti sanksiyaların ləğvindən sonra İranda işləməyə çalışan xarici şirkətlərin iştirakına toxunaraq əlavə edib: Tehran dəqiq siyasətlər yürüdərək İranda istehsalı dəstəkləməlir və onun əsas məqsədi digər ölkələrə ixracat olmalıdır.
Cahangiri məhsulların ixracının artması və İran xalqının iqtisadiyyatdakı iştirakını Tehranın Müqavimət İqtisadiyyatı siyasətlərinin istiqamətlərindən adlandırıb.
Prezidentin müavini əlavə edib: Müştərək neft-qaz yataqlarında investisiya yatırımının artırılması sanksiyalardan sonrakı dövrdə Tehranın prioritetlərindən olacaqdır.
Təhlükəsizlik Şurası qətnamələrinin ləğvinin İran iqtisadiyyatına təsirinə toxunan Cahangiri arxayınlıq edib ki, Təhlükəsizlik Şurasının bu qərarı İran və İran xalqının inkişafı və həyatına qarşı ədalətsiz sanksiyalarla bağlı çətin şəraiti dəyişdirəcəkdir.