İyul 28, 2015 18:46 Asia/Baku
  • Moqerini-Zərif
    Moqerini-Zərif

İranın xarici işlər naziri deyib: Bu gün qərara aldıq ki, İran ilə Avropa Birliyi arasında danışıqların yeni dövrünə başlayaq, Avropa Birliyinin malik olduğu üsula əsasən, buna, yüksək səviyyəli danışıqlar deyəcəyik, daha tənqidi və əhatəli yox, yüksək səviyyəli danışıqlar deyəcəyik.

IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru ilə görüşdən sonra Moqerini ilə birgə mətbuat konfransında əlavə edib: Bu danışıqlar yaxın gələcəkdə xarici işlər nazirinin müavinləri və xanım Moqerinin müavini səviyyəsində başlanacaq və tədricən nazirlər səviyyəsində davam etdiriləcək.
Zərif deyib: Bu danışıqlarda tərəflərin nəzərlərində müxtəlif mövzular durur ki, bunlar bizim və Avropa Birliyinin əməkdaşlıq sahələri olacaq. Ümid edirik ki, bu sahədə addımlar atılacaq.
O, əlavə edib: Bu mövzular enerji, nəqliyyat, ticarət, ekologiya, insan haqları, narkomaddələr ilə bağlı məsələlər və sair həmkarlıq sahələrinə şamil olur ki, biz və Avropa Birliyi həmin sahələrdə danışacaq, eləcə də həmkarlıq sahələri və müştərək addımları izləyəcəyik.
İranın xarici işlər naziri sonra deyib: Biz və Avropa Birliyi geniş əlaqələrə malik idik və ümidvarıq ki, dəlilsiz olaraq yaranmış böhrandan keçərək, İranın 5+1 ölkələri ilə razılaşması yolu ilə yeni mərhələyə daxil olacağıq.
Zərif söyləyib: İlk dəfədir ki, İrana yad olmayan və əvvəllər adi bir vətəndaş kimi ölkəmizdə olmuş Avropa Birliyinin xarici və müdafiə siyasəti üzrə yüksək səviyyəli nümayəndəsi İran-Avropa Birliyi əlaqələrinin yeni fəslində ölkəmizə səfər edibdir.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru da deyib: Hərçənd əldə olunmuş razılaşma nüvə halları ilə əlaqədar olub, amma bu razılaşmanın imkanları zənn etdiyimizdən də genişdir.
Federika Moqerini İranın xarici işlər naziri ilə birgə mətbuat konfransında əlavə edib: Nüvə müzakirələri zamanı tamamilə görürdük ki, İran komandası necə məsuliyyətlə irəliləyir və İranın Ali Lideri və prezidentinin bu komandanı himayə etdiklərini görürdük.
O, sonra deyib: Hazırda bunu göstərməyin vaxtıdır ki, biz razılaşma əldə etmişik və onu icra edə bilərik və bu, tarixi ola bilər.
Moqerini əlavə edib: Bu razılaşmanın icrasından sonra İran-Avropa Birliyi əlaqələrində yeni bir fəsil başlanacaq.
O, söyləyib: İranın başçıları İran əhalisinin 60 faizini təşkil edən gənc nəsl üçün yaxşı sərmayələr yatırıblar.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru İran-Avropa Birliyi əlaqələrində yeni bir fəslin başlandığını qeyd edərək, İran ilə Avropa Birliyinin coğrafi, tarixi və mədəni baxımdan bir-birinə yaxın olduqlarına işarə edib və belə söyləyib: İranlılar və avropalılar sivilizasiya yaratmağın nə demək olduğunu bilirlər, zira onların hər ikisi sivilizasiya yaradan olubdur və onlar bilirlər ki, özlərinin keçmiş irslərini necə qorusunlar.
O, "Mən Avropa Birliyinə üzv 28 ölkə tərəfindən danışıram və onların hamısının dəstəyinə malikəm" deyərək, əlavə edib: Bu razılaşmanı icra etməyə hazırıq və mən şəxsən bu barədə öz aparıcı rolumu oynayacağam.

Teqlər