Azərbaycan Respublikasının ticarət heyəti Tehranda səfərdədir
https://azeri.sahartv.ir/news/İran-i196451-azərbaycan_respublikasının_ticarət_heyəti_tehranda_səfərdədir
Azərbaycan Respublikasının bu ölkənin iqtisadi inkişaf nazirinin başçılığı altında ticarət heyətinin Tehran səfəri avqustun üçündə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2015 09:02 Asia/Baku
  • Azərbaycan Respublikasının ticarət heyəti Tehranda səfərdədir
    Azərbaycan Respublikasının ticarət heyəti Tehranda səfərdədir

Azərbaycan Respublikasının bu ölkənin iqtisadi inkişaf nazirinin başçılığı altında ticarət heyətinin Tehran səfəri avqustun üçündə başlanıb.

Bu səfərdə Azərbaycan Respublikasının neft, rabitə, bankçılıq və energetika şirkətlərinin nümayəndələri iştirak edirlər.
Tehran medialarının məlumatlarına görə, İran və Azərbaycan Respublikası müştərək alternativ enerji layihələrinin icrası üçün bir işçi qrupu yaradıblar. Bununla bağlı, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bildirib ki, işçi qrup İranın energetika naziri tərəfindən imzalanmış memorandum çərçivəsində yaradılıb: “İşçi qrup təşkilat məsələlərinin həll edilməsi ilə məşğul olacaq. Bundan başqa, həm də müxtəlif layihələr təklif edəcək, hər iki tərəfdən investor və mütəxəssislərin cəlb edilməsini müzakirə edəcək, Azərbaycan və İranda birgə səylərlə layihələr həyata keçirməyimiz üçün məsləhətlər verəcək. Memorandumda həmçinin bu ölkələrin hər birində reallaşdırılan və ya reallaşdırılması planlaşdırılan layihələr barədə məlumat mübadiləsi nəzərdə tutulur. Hazırda təşkilati məsələlər - birinci görüşün keçirilmə zamanı və məkanı, habelə işçi qrupun fəaliyyət planını müzakirə edirik”.
Bu arada Bakı rəsmiləri Tehran-Bakı əməkdaşlıqlarının yeni durumundan yararlanaraq, İranı Azərbaycan Respublikası-Türkiyə-Avropaya şamil olan şimal istiqamətində qaz nəqli layihəsində iştiraka təşviq etməyə çalışırlar.
Belə bir halda, İran rəsmiləri bundan öncə İranla qonşu ölkələrə, xüsusən Fars Körfəzi ətrafındakı ərəb ölkələrinə qaz ixracatına təkid ediblər. Əslində Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin təbii qaza olan ehtiyaclarının təmini İran qazının ixracatının prioritetlərindən elan olunub. Eyni zamanda, Tehran bundan öncə vurğulayıbdır ki, İran qazının Türkiyə marşrutu ilə Avropaya nəqli Tehranın ikinci prioritetidir. Bununla belə, Azərbaycan Respublikası rəsmiləri Qərbin İrana qarşı sanksiyalarının tam şəkildə dayandırılmasından öncə İrana dəvətnamə göndərərək, İranın Cənubi Pars qaz yatağı qazının Azərbaycan Respublikasının təbii qazının Avropa Birliyi ölkələrinə nəqli xəttində ciddi iştirak etməsini istəmişdilər.
İran İslam Respublikası 35 trilyon kubmetrə yaxın təbii qaz ehtiyatına malik olaraq, dünyada ən çox qaz ehtiyatı olan ölkədir və Avropa Birliyi, eləcə də Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin təbii qaza olan ehtiyaclarını qarşıdakı onilliklərdə təmin edə bilər.
Azərbaycan Respublikası qazının "Trans Anatolin" adlı marşrutdan Nəqli üzrə Boru Kəməri Layihəsinin sözçüsü xanım Liza Givert ötən həftə deyib ki, bu boru kəməri Azərbaycan Respublikası qazını Avropa bazarlarına tranzit edəcək.
Şübhə yoxdur ki, İranın Azərbaycan Respublikası qazının Avropaya nəqli layihələrində iştirak etməməsi bir daha bu layihələri iflasa uğradacaqdır. Bundan öncə Trans-Xəzər və Trans-Nabokko layihələri məhz bu səbəbdən uğursuz qalmışdı.
Bu üzdən, ötən bir il ərzində Azərbaycan Respublikası rəsmiləri bu ölkə qazının Avropaya nəqli layihələrində iştirak emtəsi üçün İrana onlarla xahişlə müraciət ediblər. Hər halda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin İrana cari səfəri iki qonşu və müsəlman ölkə üçün ikitərəfli həmkarlıqlar zəminlərini araşdırmaq və təsdiq etmək istiqamətində münasib fürsət yaradıbdır.