Avq 05, 2015 10:39 Asia/Baku
  • İranda xarici investisiyaların cəzb olunması vurğulanıb
    İranda xarici investisiyaların cəzb olunması vurğulanıb

İran İslam Resspublikasının vitse-prezidenti deyib ki, İran ölkədə xarici investisiyaları cəzb etmək niyyətindədir.

IRNA-nın məlumatına görə, İran İslam Resspublikasının vitse-prezidenti İshaq Cahangiri İranın Gülüstan vilayətinin İdarə Şurasının iclasında sanksiya və nüvə razılaşmasından sonra İranın daxili şəraitinə işarə edərək, əlavə edib: Bu gün xarici iqtisadi heyətlərin İrandakı iştiraklarına əsasən, İran İslam Resspublikası on milyardlarla dollar xarici investisiyaları cəzb etmək niyyətindədir.
Cahangiri söyləyib: Bu gün müdiriyyət hünəri, sanksiyaların aradan götürülməsindən sonra İranın ixtiyarına qoyulacaq xarici mənbələrdən istifadədır.
O, sonra belə qeyd edib: İran iqtisadiyyatı xarici investisiyaları cəzb etməklə milli istehsalın artmasına və iqtisadi rövnəqə kömək edə bilər.
İran İslam Resspublikasının vitse-prezidenti BMT-nin Təhlükəsizlik Şurası tərəfindən öncəki altı qətnamənin ləğv olunması, İranın nüvə zənginləşdirilməsi haqqının rəsmən tanınması, eləcə də BMT tarixində misli görünməmiş Təhlükəsizlik Şurası tərəfindən bu təşkilatın yeddinci fəslindən çıxmağı İran xalqının nüvə nailiyyətlərindən adlandırıb.
Cahangiri sonra region dəyişikliklərinə də toxunub. O, deyib: Hazırda, bəzən terrorçu İŞİD qruplaşmasına qarşı koalisiya yaradan və hələ bu qruplaşmanı aradan götürməyə müvəffəq olmayan qüdrətli ölkələr İranın regiondakı strateji rolunu etiraf edirlər.

Teqlər