Avq 12, 2015 16:50 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri regionda ifratçılığın davam etməsini yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi təhdid adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə çıxan Cümhuriyyət qəzetində dərc olunmuş məqaləsində yazıb: İfratçılıq və kobudluq sərhəd tanımır və regionun geosiyasi və təhlükəsizlik vəziyyətinə ciddi mənfi təsir buraxa bilər.
İranın xarici işlər naziri daha sonra deyib: ABŞ-ın İraqa hücum etməsindən və bu ölkədə əl-Qaidə qruplaşmasına bağlı qruplar təşkil etməsindən sonra, bu ölkədə terrorizm yeni formaya daxil olmuş oldu. Və nəhayət İŞİD adı ilə gündəmə gəldi.
Zərifin məqaləsində daha sonra deyilir: ABŞ-ın Böyük Yaxın Şərq planı demokratiya adı altında region ölkələrinin siyasi və ictimai quruluşuna müdaxilə mahiyyəti daşıyır və bu plan məntəqədə ciddi böhranlara səbəb olub.

Teqlər