Avq 14, 2015 17:46 Asia/Baku
  • İran qonşuları ilə konstruktiv siyasət yürüdür, Bəhreyn isə gözə kül üfürür-Təhlil
    İran qonşuları ilə konstruktiv siyasət yürüdür, Bəhreyn isə gözə kül üfürür-Təhlil

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreyn Daxili İşlər Nazirliyinin bu ölkədə cərəyan edən siyasi proseslərlə bağlı İranın ünvanına səsləndiriyi sözləri əsassız adlandırıb və deyib: Terrorizm və ifratçılığın haradan qaynaqlandığı o qədər aşkardır ki, kimsəni bu yalanlarla aldatmaq olmaz.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm əlavə edib: Bəhreynin Daxili İşlər Nazirliyi, region ölkələrinin İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasını müsbət qarşılamalarının ardınca, çox naşı bir şəkildə, regionda cərəyan edən konstruktiv diplomatik axının əksinə üzməyə çalışır.
Mərziyə Əfxəm Bəhreyn dövlətinin region xalqları və dövlətləri arasında mövcud olan atmosferdən layiqli şəkildə istifadə etməsini daha məqsədəuyğun adlandırıb və deyib: Yaxşı olardı ki, Bəhreyn yaranmış konstruktiv atmosferdən öz daxili böhranını həll etmək üçün istifadə etsin.
Bəhreynin Daxili İşlər Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, artıq məğlubiyyətə uğramış "İranofobiya" siyasəti çərçivəsində iddia edib ki, Bəhreyn rəsmiləri İran ilə əlaqəsi olan 5 şübhəlini həbs ediblər. Bu 5 nəfərin Sitrə adasında baş vermiş son partlayışda rolu olduğu iddia edilir.
28 iyul tarixində Sitrə adasında baş vermiş partlayışda Bəhreyn polisinin 2 əməkdaşı ölmüş, 6 nəfər isəyaralanmışdı.
Bəhreyn Ərəbistan və İsrail rejim ilə birlikdə hələ də İran ilə nüvə anlaşması əleyhinə təbliğat aparmaqla məşğuldur.
İranı region üçün bir təhlükə olaraq qələmə vermək üçün, Ərəbistan və Bəhreyn rejimləri İsrail rejimi ilə yaxın əməkdaşlıq edirlər. Bəhreyn, Ərəbistan və sionist rejim ötən bir neçə ildə İranofobiya siyasətinin arxasında gizlənərək, öz xarici və daxili siyasətlərini bu prinsip əsasında qurublar. Elə buna görə də, İran ilə nüvə anlaşmasını region əleyhinə təhdid adlandırırlar.
Amma, İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrinin yekunlaşması və tərəflərin ortaq məxrəcə gəlməsi ilə İranofobiya siyasətini izləyənlərin yuxusu çin olmadı. İran ilə əldə olunan nüvə anlaşması bir daha sübut etdi ki, İran İslam Respublikası dünya ilə konstruktiv anlaşma prinsipini əsas tutuaraq, region və dünyada sülh və təhlükəsizliyin təmin edilməsində etibarlı şərikdir. İran dünyanın 6 böyük qüdrəti ilə diplomatik mübarizə meydanında sübut etdi ki, mövcud nüvə böhranı saxtadır və İran bir daha göstərdi ki, öz nüvə fəaliyyətləri qonşu və ya dünya ölkələri üçün heç vaxt təhdid sayılmayacaq.
Qonşu və dost ölkələrin İran ilə 5+1 qrupu arasında əldə olunan anlaşmanı himayə etmələri və onu sevinclə qarşılamaları da, əslində İranın konstruktiv siyasətinin nəticəsidir. İran region və dünya ölkələrinə sülh və dostluq müraciəti ilə, onların kənarında olduğunu bildirdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Livan, Suriya, Pakistan və Hindistana səfər etməklə bu dostluq və sülh müraciətini onlara çatdırmış oldu. Buisə İran və qonşu ölkələr münasibətlərində yeni dövrün başlanması deməkdir. İran səfirinin regional turnesi çərçivəsində getdiyi hər bir ölkədə yüksək səviyyədə qarşılanması da elə bu reallıqdan xəbər verir.
İran xarici işlər nazirinin "Regional Dialoq Assambleyası"nın təsis edilməsi ilə bağlı təklifi də bir daha İranın Yaxın Şərq ölkələri üçün sülh müraciətini vermiş oldu. İndi, İranın güclü regional və beynəlxalq diplomatiyası sayəsində hazırda regionda və dünyada formalaşan atmosfer qarşısında Bəhreyn rejiminin naşıcasına atdığı addımlar, İranın qonşu və dost ölkələr ilə əlaqələrin genişləndirilməsi üzrə prinsipial mövqeyinə heç bir təsir buraxa bilməyəcək.
İran bütün ölkələrin milli hakimiyyəti, ərazi bütövlüyü və müstəqilliyinə hörmətlə yanaşılmalı olduğuna inanaraq, daim qarşılıqlı hörmət əsasında əlaqələrin genişləndirilməsinə təkid edir ki, bu da Bəhreyn kimi böhran ilə üzləşmiş ölkələrin, öz daxili böhranlarına son qoymalarına yardım etmək üçün konstruktiv atmosferin yaranmasına səbəb olub.

Teqlər