Sen 21, 2025 14:08 Asia/Baku
  • İran üç Avropa ölkəsinin qanunsuz hərəkətini pisləyib

İran Xarici İşlər Nazirliyi bir bəyanatda üç Avropa ölkəsi, Fransa, Almaniya və İngiltərənin nüvə sazişindəki mübahisələrin həlli mexanizmindən sui-istifadə edərək, BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa etmək üçün qanunsuz hərəkətini pisləyib.

İran Xarici İşlər Nazirliyi bəyanatının bir hissəsində deyilir:

"Ləğv edilmiş qətnamələrin bərpası Beynəlxalq hüquqa ziddir və diplomatik prosesə xələl gətirir.

Bu hərəkətin nəticələrinə görə məsuliyyət ABŞ və üç Avropa ölkəsinin üzərinə düşür.

Bu hərəkət konsensus olmadan və bəzi üzvlərin ciddi müxalifətinə rəğmən həyata keçirilib ki, bu da Təhlükəsizlik Şurasının etibarını azaldır.

İranın nüvə proqramı sülhməramlıdır və Tehran istənilən qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır.

İran bütün məsul ölkələri üç Avropa ölkəsinin bu qanunsuz hərəkətini rədd etməyə və onu dəstəkləməkdən çəkinməyə çağırır.

İran diplomatiya yolunun açıq olduğunu vurğulayır, amma Avropa müstəqillik əvəzinə ABŞ-ın siyasətlərinin davamçısına çevrilib", - deyə bəyanatda qeyd olunub.