Ruhani: İran İslam İnqilabı dünyada din bayrağını dalğalandırdı
Avq 15, 2015 06:23 Asia/Baku
-
Ruhani: İran İslam İnqilabı dünyada din bayrağını dalğalandırdı
İran İslam Respublikası prezidenti deyib: İran İslam İnqilabı dünyada din bayrağını dalğalandırdı.
IRIB-nin məlumatın görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər Tehranda Ümudünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclasının açılış mərasimində söyləyib: İran İslam İnqilabı islami cəmiyyətə yeni bir ruh bəxş etdi.Ruhani vurğulayıb: Əfqanıstanın sovet ordusu qarşısındakı qələbəsi, bütün Yaxın Şərqdə islami təfəkkürün dirçəlişi, Mərkəzi Asiya məscidlərinin minarələrindən azan səsinin ucalması, Livan xalqının sionist rejim qarşısındakı müqaviməti, Türkiyədə və Afrikanın şimalında islami hərəkat və nəhayət bütün İslam dünyasında islami müqavimət hərəkatları Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında İslam İnqilabının qələbəsi ilə başlandı və davam etməkdədir.
İranın qanunvericilik hakimiyyətinin başçısı əlavə edib: İslam İnqilabının dalğası dünya xalqlarına elan etdi ki, bir iman və əxlaqdı, buna görə, bu meyar coğrafi sərhədlər tanımır və dünyanın bir çox nöqtələrində davamçılara malik ola bilər.
Ruhani İslam sərhədinin savaş və kobudluq deyil, etimad və iman olduğunu deyərək, vurğulayıb: İslamın səsi güllə ilə dünyaya elan olunmadı, əksinə məscidlərin minarələri və toplanışlarla səmərə verdi.
İran İslam Respublikası prezidenti bildirib ki, birsəslilik deyil, müxtəlif səslərin eşidildiyi azadlıq dünyasında müsəlmanlar ən yaxşı seçimə malikdirlər, zira din, sülhdür və zərurət məqamından başqa heç vaxt qılıncdan istifadə etmir və məntiq və dəlillərlə dünya ilə söhbət edir.
Ruhani əlavə edib: İmam Xomeyni(r.ə.) xalqa öyrətdi ki, nə cür paklıq Əhli-Beyti(ə), şiə və sünni bir-birinin kənarında olsun və yaşasın və İslam İnqilabının Böyük Rəhbəri də xalqa öyrətdilər ki, bir-birinin kənraında olaraq, zəfər çalsın.
İran İslam Respublikası prezidenti deyib: Dünən Qərb ilə Şərqin din dövrünün başa çatdığını elan etmək istədikləri zaman İran İslam İnqilabı bu məsələni aydınlaşdırdı ki, din həyatdır.
Ruhani sonra deyib: Qərb ilə Şərqin dinin İslam Dünyasının ayrılmaz hissəsi olduğunu dərk etdikləri bu gün də yeni bir yol seçərək, İslam dinini zorakılıq və təfriqə dini kimi qərar veriblər və müsəlmanlar bu təhrif qarşısında dayanmalı və müqavimət göstərməlidirlər.
Ümudünya Əhli-Beyt(ə) Assambleyasının altıncı iclası İslamın hədəflərinin reallaşmasında birgə inkişaf və iştirak şüarı və İran prezidentinin iştirakı ilə Tehranda işə başlayıb.
Teqlər