İranın Qırmızı Aypara Cəmiyyətinin dərman yükünü daşıyan gəmi Yəmənə yola düşüb
https://azeri.sahartv.ir/news/İran-i197012-İranın_qırmızı_aypara_cəmiyyətinin_dərman_yükünü_daşıyan_gəmi_yəmənə_yola_düşüb
İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini bu cəmiyyətin dərman yardımlarını Yəmən xalqına daşıyan bir gəminin göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2015 15:15 Asia/Baku
  • İranın Qırmızı Aypara Cəmiyyətinin dərman yükünü daşıyan gəmi Yəmənə yola düşüb
    İranın Qırmızı Aypara Cəmiyyətinin dərman yükünü daşıyan gəmi Yəmənə yola düşüb

İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini bu cəmiyyətin dərman yardımlarını Yəmən xalqına daşıyan bir gəminin göndərilməsindən xəbər verib.

İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini Məhəmməd Şəhabəddin Məhəmmədi İraqi bazar günü IRNA ilə müsahibədə əlavə edib: Bu 106 tonluq yük dərman və tibbi ləvazimatlardan ibarətdir.
İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini söyləyib: Bu gəmi ötən həftənin sonlarında İranın cənubundakı Şəhid Rəcayi limanından Omanın Sulalə limanına doğru hərəkət edib.
Məhəmməd Şəhabəddin Məhəmmədi İraqi İran gəmisinin Omanın Sulalə limanına gələn həftə çatacağını bildirərək, deyib: Bu dərman yükü Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən icarə olunmuş gəmilər vasitəsilə Omanın Sulalə limanından Yəmənə göndəriləcək.
İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquq məsələləri üzrə sədr müavini söyləyib ki, bu dərman yükü Beynəlxalq Qızıl Xaç Komitəsi və İran Qırmızı Aypara Cəmiyyətinin hesablamaları əsasında hazırlanıbdır.
İran bundan öncə də Yəmənin məzlum və mühasirədə olan xalqına qida və dərman yardımları göndəribdir.