Sen 10, 2015 14:37 Asia/Baku
  • Qulaməli Xoşru
    Qulaməli Xoşru

İranın BMT-dəki nümayəndəsi ümidvarlıq edib ki, bu beynəlxalq təşkilat dövlətlər və hüquq dairələri ilə birlikdə sülh mədəniyyətinin əsasını qoymaq istiqamətində əməkdaşlıqları gücləndirmək üçün lazımi işləri görəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Qulaməli Xoşru BMT Baş Assambleyasında yüksək səviyyəli sülh mədəniyyəti iclasında regionda sülhü öz düşüncələrinə müxalif hesab edən və ona qarşı olan ifratçı amillərin hərəkətlərinin artması və bölgədə və bölgədən kənar bəzi qüdrətlərin onlara kömək etməsinə toxunaraq bu ünsürləri region xalqının əzab-əziyyətinin səbəbkarı adlandırıb.


Xoşru əlavə edib: Hələ də bəzi güclü ölkələrdə inkişaf etməmiş düşüncələr vardır ki, hər bir məsələnin həll yolunu təhdid, sanksiya və müharibə hesab edirlər. Onların fikrincə, zorakılıq və avantüristlik bəşər problemlərinin həlli üçün sehirli mücrüdür.


İranın BMT-dəki nümayəndəsinin sözlərinə görə, onları müharibə maşını dəhşətli dağıdıcı qüdrətə malikdir. Lakin anlaşma, iştirak və sülhü yaratmaqda acizdir.


İran İslam Respublikasının BMT-dəki səfiri müharibəni de-stabillik, ədalətsizlik, zülm və inkişafdan qalmağın amili adlandıraraq deyib: Avantüristlər düşüncə və təfəkkür sahəsində o qədər inkişaf etməlidirlər. Çünki bəşərin təhsil, inkişaf, ətraf mühit və davamlı inkişaf kimi əsaslı ehtiyacları ilə məşğul olmaq dünyada sülh və dostluğa kömək edəcəkdir.


İran İslam Respublikasının strategiyasında sülhün əhəmiyyətini vurğulayan Xoşrunun sözlərinə görə, İran sülh mədəniyyətini BMT-nin gündəmində duran önəmli dayaq hesab edir və bu istiqamətdə İran prezidenti 2 il öncə BMT Baş Assambleyasının 68-ci iclasında "Zorakılıq və radikallıq olmayan dünya" adlı qətnaməni təklif etdi. Bu qətnamə yekdil səslə təsdiqləndi.


İranın BMT-dəki nümayəndəsi sonda deyib: İran sülh, mötədillik, dialoq və mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında anlaşma qurulması yolunda beynəlxalq ictimaiyyətin digər ölkələri ilə əməkdaşlıq etməyə hazırdır və elə buna əsasən sülhün bərqərar olmasına tam şəkildə inanır.

Teqlər