İran heyəti İraq Kürdüstanı rəhbərliyi böhranının həlli üçün vasitəçilik edir
Sen 10, 2015 11:12 Asia/Baku
-
İran heyəti İraq Kürdüstanı rəhbərliyi böhranının həlli üçün vasitəçilik edir
İraqın Kürdüstan İslam İcması partiyasının yüksək səviyyəli rəsmilərindən biri Kürdüstan məntəqəsi böhranının həlli üçün bu məntəqə partiyaları arasında İran heyətinin vasitəçiliyindən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraqın Kürdüstan İslam İcması partiyasının yüksək səviyyəli rəsmilərindən Şovan Raber İraqın Süməriyyə İnformasiya Agentliyi ilə müsahibədə deyib: İran heyəti İraq Kürdüstan məntəqəsində rəhbərlik böhranı üçün həll yolları təklif etməklə 5 Kürdüstan partiyası arasında vasitəçilik edib.İran heyətinin həll yollarının hər bir partiyanı bəzi tələblərdən vaz keçməyə şamil olduğunu deyən Şovan Raber proqnoz edib ki, Kürdüstan partiyaları arasında növbəti iclas İran heyətinin həll yollarının əhəmiyyətini nəzərə alaraq Kürdüstan məntəqəsi rəhbərliyi barəsində anlaşma ilə nəticələnə bilər.
İraq Kürdüstan İslam İcması partiyasının bu rəsmisi İranın Yaxın Şərq və İraqda önəmli rolu oynadığını deyərək bildirib: Tehran Ərbillə möhkəm əlaqələrə malikdir.
İslam Birliyi, İslam İcması, Qoran Hərəkatı və Vətən Birliyi partiyaları Məsud Barzaninin İraq Kürdüstan məntəqəsinə hazırkı şərtlərlə tam səlahiyyətlə rəhbərliyinə qarşıdırlar.
Teqlər