İraq parlament sədrinin Tehran səfəri
https://azeri.sahartv.ir/news/İran-i197573-İraq_parlament_sədrinin_tehran_səfəri
Cümə günü Tehrana səfər edən İraq Parlamentinin sədri şənbə günü İran xarici işlər naziri ilə görüşdə terrorizm ilə mübarizə yollarını araşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2015 05:39 Asia/Baku
  • İraq parlament sədrinin Tehran səfəri
    İraq parlament sədrinin Tehran səfəri

Cümə günü Tehrana səfər edən İraq Parlamentinin sədri şənbə günü İran xarici işlər naziri ilə görüşdə terrorizm ilə mübarizə yollarını araşdırıb.

İİR XİN başçısı Məhəmməd Cavad Zərif İraq Parlamentinin sədri Səlim Cəburi ilə görüşdə İran İslam Respublikasının regionda ifratçılıq və terrorizm ilə mübarizənin aparılması üçün müştərək cəbhənin yaradılmasına hazır olduğunu vurğulayıb və ümidvarlıq edib ki, region ölkələri öz aralarındakı məsələləri danışıqlar yolu ilə həll etsinlər.


Zərif İraqda sülhün bərqərar edilməsini və bütün iraqlı qrupların ölkənin quruculuğunda iştirakını önəmli adlandırıb və deyib: İraq İslam və Ərəb ölkələri arasında mühüm yerə malikdir və bu ölkə öz rolunu tez bir zamanda bərpa etməlidir.


İraq Parlamentinin sədri Səlim Cəburi də bu görüşdə böhranın davam etdiyi müddət ərzində İraq xalqı və dövlətini himayə etməsinə görə İran xalqı və dövlətinə təşəkkür edib.


S.Cəburi həmçinin İrandan istəyib ki, daxili böhranlar və ifratçılıq ilə mübarizə sahəsində İraqa dəstəyini davam etdirsin.


İraq Parlamentinin sədri Səlim Cəburi həmçinin, bu gün İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ilə də görüşüb.


Əli Şəmxani bu görüşdə qərblilərin və onların iddia etdikləri koalisiyanın İŞİD-ə qarşı mübarizədə ciddi olmadıqlarını deyərək, vurğulayıb: İraq sonda terror böhranı üzərində qələbə çalacaq və sürətli inkişaf yolunu keçərək, regiondakı mövqeyini bərpa edəcək.