Okt 02, 2015 15:41 Asia/Baku
  • Ayətullah Müvəhhidi Kirmani: Həcc mərasiminin idarəçiliyi dəyişməlidir
    Ayətullah Müvəhhidi Kirmani: Həcc mərasiminin idarəçiliyi dəyişməlidir

Tehranın cümə namazı xətibi Mina faciəsi kimi dəhşətli faciələrin qarşısının alınması üçün Həcc mərasiminin idarəçiliyinin dəyişilməsini zəruri adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani minlərlə Allah Evi zəvvarı, xüsusilə də iranlı hacıların Mina faciəsində həlak olması ilə əlaqədar İslam İnqilabının Böyük Rəhbəri, İran xalqı və həlak olanların yaxınlarına başsağlığı verərək bildirib: Mina faciəsi Ali-Səud üçün ləkədir ki, tarixdən silinməyəcək.
Tehranın cümə namazı xətibi Minada Allah Evi zəvvarlarının həlak olmasını bütün dünyada milyonlarla insanların ürəklərini dağladığını bildirərək deyib: Ərəbistan məsuliyyəti və builki Həcc faciələrindən yaranan xəsarətləri üzərinə götürməli və bilməlidir ki, üzr istəmək yetərli deyil. Çünki faciə çox dərindir.
Ayətullah Müvəhhidi Kirmani Ərəbistan polisi və rəsmilərinin builki Həcc məarsiminin keçirilməsi üzrə səriştəsizliyini pisləyərək deyib: Ərəbistan polisi həmişə hacılarla sərt şəkildə davranıb və hətta ruhanilərə hörmətsizlik etməkdən çəkinmirlər. Bu pis və kobud rəftar heç vaxt islam ölkələrinin gözündən qaçmır.
Tehranın bu həftəki cümə namazının xətibi bildirib: Mina mərasiminin keçirilməsində nöqsanları olan və səhlənkarlıq edənlər tezliklə müəyyənləşirilməli, mühakimə olunmalı və cəzalandırılmalıdır. İslam ölkələri faktaraşdırıcı komitə təşkil etməklə və nümayəndələr ezam etməklə Mina faciəsinin əsas səbəbini müəyyənləşdirməli və Həcc mərasimində faciələrin təkrarlanmasına mane olmaq üçün çarə tapmalıdırlar.
Ayətullah Müvəhhidi Kirmani Ali-Səuda tövsiyə edib ki, həmişə yumşaqlıqla davranan İslam İnqilabının Böyük Rəhbəri və İran xalqının qəzəbinə tuş gəlməsin və islam ümməti ilə öz bağlılığını möhkəmlıəndirməyə, Quran-Kərimin göstərişlərinə əməl etməyə və beynəlxalq şeytanların ardıcılı olmaqdan uzaqlaşmağa çalışsın.
Ayətullah Müvəhhidi Kirmani həmçinin Yəmənin müxtəlif bölgələrinin bombardman və bu ölkənin günahsız insanlarının qırğın edilməsinin dayandırılması və Yəmənin gələcəyinin yəmənlilərə tapşırılmasını vurğulayaraq deyib: Zülm yerdə qalmayacaq və bir gün gələcək ki, zalımlar məhv olacaq.
Tehranın cümə namazının xətibi ABŞ-ın islama qarşı siyasətləri və bu ölkənin İran İslam Respublikası və regionun müsəlman xalqlarının düşmənlərini dəstəkləməsinə toxunaraq bildirib: Amerika islamın bir nömrəli düşmənidir və bu düşmənçilik olduğu zamana qədər İran da Amerika ilə var-gücü ilə düşməndir.
Ayətullah Müvəhhidi Kirmani əlavə edib: İslam düşmənlərindən uzaqlaşmaq, İslam İnqilabının əsasıdır və İran xalqı Amerikanın müxtəlif dövrlərdəki cinayətlərini unutmayıb.

Teqlər