Ruhani Ərdoğana başsağlığı verib
Okt 11, 2015 13:41 Asia/Baku
-
Prezident Həsən Ruhani
İran prezidenti bildirib ki, İran terrorçuluğun qurbanlarından biri kimi, daim terror hərəkətlərini pisləyir.
Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, İran prezidenti Həsən Ruhani bazar günü Ankarada iki terror partlayışının baş verməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğana ünvanladığı müraciətdə bu terror partlayışlarının baş verməsindən və Türkiyə əhalisindən çoxlu sayda insanın həlak olması və yaralanmasından təəssüflənib.İran prezidenti Türkiyənin prezidenti və xalqına başsağlığı verərək, vurğulayıb ki, cinayətkar-terror hərəkətləri nəticə verməyəcək.
Türkiyə baş nazirlik orqanının böhran mərkəzi bir məlumatda bildirib ki, şənbə günü Ankarada baş vermiş iki partlayışda həlak olanların sayı 97 nəfərə çatıb və Ankrara xəstəxanalarında yatırılmış yaralıların sayı 248 nəfərdir.
Teqlər