Okt 15, 2015 13:56 Asia/Baku
  • Möhsün Rzayi: İslam ölkələri İŞİD əleyhinə koalisiyaya qoşulsunlar
    Möhsün Rzayi: İslam ölkələri İŞİD əleyhinə koalisiyaya qoşulsunlar

İranın Məsləhət Şuarasının katibi İŞİD terror qruplaşmasını regional və beynəlxalq təhlükəsizlik üçün təhdid adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi çərşənbə gecə İsfahanda islam ölkələrini İŞİD terror qruplaşması əleyhinə İran, İraq, Suriya və Livan Hizbullahı koalisiyasına qoşulmağa dəvət edib.
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sabiq komandanı deyib: Təkfirçi firqələri yaratmaq, şiə və sünni arasında ixtilaf törətmək ABŞ və sionist rejimin regiondakı məkrli planlarındandır və Ali-Səud rejiminin dəstəyi ilə həyata keçirilir.
İran, İraq, Suriya və Livan Hizbullahının İŞİD terror qruplaşmasını məhv etmək üzrə əməkdaşlığına toxunan Rzayi əlavə edib: Region ölkələrinin əməkdaşlığı ilə İŞİD məhv olacaq və Suriya və İraqda bu terrorçu və radikal qruplaşma dəfn ediləcək.
İranın Məsləhət Şurasının katibi bildirib: İŞİD terrorçu və təkfirçi qruplaşması müsəlman deyil, üstəlik islamın düşmənidir, onlar uğur qazanmayacaq, əgər bir gün uğur qazansalar, islam dünyasına ciddi zərbə vuracaq və bu amerikalı-sionist strategiyası islamı dinlər arasında qaraüzlü göstərməyə çalışır.

Teqlər