2016-da İranın raket sistemlərinin yeni nəslinin təqdimatı keçiriləcək
Okt 16, 2015 20:57 Asia/Baku
-
2016-da İranın raket sistemlərinin yeni nəslinin təqdimatı keçiriləcək
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri komandanı deyib: 2016-cı ildə bərk və maye yanacaqdan istifadə olunmaqla İranın raket sistemlərinin yeni nəslinin təqdimatı keçiriləcək.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, general-mayor Əmir Əli Hacızadə deyib: Bərk və maye yanacaqdan faydalanan raket sistemlərinin yeni və irimiqyaslı nəsli 2016-cı ildə təqdim olunacaq. Belə ki, düşmən İran İslam Respublikasının irimiqyaslı potensiala malik yeraltı seçimlərinin bir hissəsini görsün.General Hacızadə İslam İnqilabı yolunun davam etməsinə toxunaraq əlavə edib: İslam Respublikası Silahlı Qüvvələrinin sayıqlığı və fədakarlığı düşmənlər qarşısında İranın önləyici müdafiə potensialının artmasına səbəb olub.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri komandanı düşmənlərin İran sərhədlərinə istənilən təcavüzünün peşmanedici cavabının olduğunu bildiklərinə toxunaraq deyib: İrandakı mövcud təchizat qərbin ən modern müdafiə təchizatının qarşısında dayanmaq gücünə malikdir.