Okt 21, 2015 15:45 Asia/Baku
  • Qulaməli Xoşru
    Qulaməli Xoşru

Qulaməli Xoşru BMT Təhlükəsizlik Şurasınnı bir çox hallarda öz prinsiplərindən kənara çıxıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru dünən çərşənbə axşamı Qoşulmama Hərəkatı adından BMT TŞ-nin, bu şuranın fəaliyyət metodikası ilə bağlı azad iclasında çıxışı zamanı deyib: Qoşulmama Hərəkatı şəffaflıq, sağlam yanaşma və davamlılığın nümayiş etdirilməsini Təhlükəsizlik Şurasının əsas prinsiplərindən hesab edir. Amma, təəssüflər olsun ki, bir çox hallarda bu prinsiplər pozulur.

Q.Xoşru Təhlükəsizlik Şurasının məsələlərə yanaşmada bitərəf və qərəzsiz davranmalı olduğunu vurğlayıb və deyib: Təhlükəsizlik Şurası ümumiyyətlə məsələlərə yanaşmada seçimli rəftar edir və bir sıra mühüm məsələlərə laqeyd yanaşdığı halda, bəzi məsələlərə həddən artıq diqqət ayırır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi TŞ-nin beynəlxalq sülh və təlükəsizlik üçün təhdid sayılmayan məsələlərə müdaxilə etməsini qeyri-zəruri adlandırıb və şura üzvlərindən istəyib ki, BMT nizamnaməsinə əsasən təyin olunmuş səlahiyyətlər çərçivəsində davranaraq, səlahiyyətlərini aşmasınlar.

Q.Xoşru BMT TŞ-nin ötən illər ərzində bəzi məsələlərlə bağlı dərhal BMT nizamnaməsinin 7-ci bəndinə istinadla gücdən istifadə icazəsi verdiyi halda, bəzi məsələlərin üzərindən sükut ilə keçdiyini bildirib.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin, 2016-cı ildə BMT üçün yeni baş katibin seçilməsi prosesinin başlanmasına işarə edərək, Qoşulmama Hərəkatının bu məsələ ilə bağlı mövqeyinə, xüsusilə yeni baş katibin seçilməsində BMT Baş Assambleyasının rolunun artırılmasına təkid edib.

Teqlər