Okt 28, 2015 18:12 Asia/Baku
  • İran İŞİD-ə qarşı yumşaq savaşda İraqla həmkarlığa öz hazırlığını elan edib
    İran İŞİD-ə qarşı yumşaq savaşda İraqla həmkarlığa öz hazırlığını elan edib

İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, İran İslam Respublikası İŞİD-ə qarşı yumşaq savaşda İraqla həmkarlığa hazırdır.

IRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Bağdadda öz iraqlı həmkarı Həsən Kazim Əlraşid ilə birgə mətbuat konfransında bildirib ki, əgər İraqın dövləti və rabitə nazirliyi rabitə və internet daxil olmaqla hər bir sahədə İŞİD terror qrupu ilə mübarizədə kömək istəyərlərsə, İran əlindən gələni əsirgəməyəcək.
İranın rabitə və informasiya texnologiyaları naziri İraqda ekstrmizm və terrorizm probleminə son qoyulacağı və bu ölkənin inkişaf yolunda qərar tapacağına ümidvarlıq edərək, deyib ki, hər bir ölkənin inkişafı rabitə infrastrukturlarına ehtiyaclıdır.
İraqın rabitə və informasiya texnologiyaları naziri də bu mətbuat konfransında qarşılıqlı rabitə və kommunikasiya əməkdaşlıqlarının genişlənməsindən razılıq edib.

Teqlər