İran prezidenti seldən zərər çəkənlərə yardım barədə göstəriş verib
https://azeri.sahartv.ir/news/İran-i199093-İran_prezidenti_seldən_zərər_çəkənlərə_yardım_barədə_göstəriş_verib
İranın qərbindəki İlam və Lorestan vilayətlərində selin baş verməsinin ardınca İran prezidenti valilər, daxili işlər naziri, həmçinin özünün birinci müavini ilə telefon əlaqələrində zərərçəkənlərin məsələlərinə baxılması tərzini öyrənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2015 06:50 Asia/Baku
  • İran prezidenti seldən zərər çəkənlərə yardım barədə göstəriş verib
    İran prezidenti seldən zərər çəkənlərə yardım barədə göstəriş verib

İranın qərbindəki İlam və Lorestan vilayətlərində selin baş verməsinin ardınca İran prezidenti valilər, daxili işlər naziri, həmçinin özünün birinci müavini ilə telefon əlaqələrində zərərçəkənlərin məsələlərinə baxılması tərzini öyrənib.

Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, İran prezidenti Həsən Ruhani cümə günü bu telefon əlaqələrində son məlumatlardan xəbərdar olaraq, İlam və Lorestan vilayətləri əhalisinə dəymiş xəsarətlərin miqdarının hesablanması, həmçinin zərərçəkənlərə yardım barədə lazımi göstərişlər verib.
İlam vilayətinin İlam şəhərində misili görünməmiş yağıntı bu məntəqə əhalisinin adi yaşayışında problemlər yaradıb.
İlam vilayətinin hidrometeoroligiya idarəsinin məsul şəxslərinin sözlərinə görə, İlam şəhərində 230 millimetrlik yağıntı bu məntəqədə bir illik yağıntığının miqdarına bərabərlik edib.