Tehranda İran-Amerika vətəndaşı həbs olunub
https://azeri.sahartv.ir/news/İran-i199098-tehranda_İran_amerika_vətəndaşı_həbs_olunub
Röyters məlumatlı bir qaynağa istinadla bir İran-Amerika vətəndaşının həbs olunmasından xəbər verib. Bu şəxs, Siyamək Nəmazidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2015 08:27 Asia/Baku
  • Tehranda İran-Amerika vətəndaşı həbs olunub
    Tehranda İran-Amerika vətəndaşı həbs olunub

Röyters məlumatlı bir qaynağa istinadla bir İran-Amerika vətəndaşının həbs olunmasından xəbər verib. Bu şəxs, Siyamək Nəmazidir.

Bu məlumata görə, Siyamək Nəmazi Kressent(Crescent) neft kompaniyasının strateji proqramlaşdırma ofisinin müdiridir.
Bundan öncə onun Tehranda həbs olunması haqda qeyri-rəsmi məlumatlar yayılmışdı.
Röyters cümə günü adı açıqlanmayan bir mənbəyə istinadla xəbər verib ki, Siyamək Nəmazi oktyabrın ortalarında İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və hazırda zindandadır.
Bu məlumatlı mənbə deyib ki, Siyamək Nəmazi valideynləri ilə görüşmək üçün İrana səfər etmişdi və iyul ayında İrandan çıxmaq istəyərkən ölkədən çıxması qadağan edilibdir.
Bu məlumatlı mənbənin sözlərinə görə, Nəmazi iyul ayından həbs olunan zamanadək istintaq üçün ardıcıl surətdə məhkəməyə çağırılıbdır.