Noy 06, 2015 20:09 Asia/Baku
  • İran dünya problemlərinin həllində beynəlxalq həmkarlıq vacibliyini vurğulayıb
    İran dünya problemlərinin həllində beynəlxalq həmkarlıq vacibliyini vurğulayıb

İran prezidentinin elm və texnologiya üzrə müavini beynəlxalq elm iclasında dünya problemlərinin həllində beynəlxalq həmkarlıq vacibliyini vurğulayıb.

IRIB-nin məlumatına görə, İran prezidentinin elm və texnologiya üzrə müavini Sorna Səttari cümə günü Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeddinci beynəlxalq elm iclasında etdiyi çıxışda beynəlxalq həmkarlıqlarda və problemlərin həllində elm və texnologiyanın böyük önəmini vurğulayaraq, deyib: Ab-hava dəyişiklikləri, ümumi sağlamlıq və enerji təmini kimi problemlər bütün xalqın həyatını təsir altında qoyur, buna görə, beynəlxalq həll yolu tələb edir.
Səttari ekoloji və sosial problemlərin həllində İranın rol oynaya biləcəyini vurğulayaraq, əlavə edib: İran İslam Respublikası ekologiya, tibb, ICT, hava-kosmos, fizika, nanotexnologiya və biotexnologiya kimi bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib.
İran prezidentinin elm və texnologiya üzrə müavini İranın dünyanın böyük iqtisadiyyatları arasındaki on səkkizinci yerinə işarə edərək, qeyd edib ki, İran birjası Yaxın Şərqin ən modern birjalarından biridir.
Beynəlxalq elm iclası çərşənbə günü Macarıstanın baş naziri Viktor Orbanın çıxışı ilə bu ölkənin elmlər akademiyasında başlanıb və noyabrın yeddisinədək davam edəcək.

Teqlər