İranın cümə namazı xətiblərinin ABŞ-ın fitnələri barədə xəbərdarlıqları
Noy 07, 2015 11:16 Asia/Baku
İranın cümə namazı xətibləri ABŞ-ın İrana qarşı fitnələri barədə xəbərdarlıq ediblər.
Ayətullah Hüseyni Buşehri Qumda cümə namazı xütbələrində nüvə anlaşmasına işarə edərək, deyib: Zahirdə nüvə anlaşması əldə olunsa da, hamı ABŞ-ın nüfuzu qarşısında diqqətli olmalıdır.Ayətullah Möhsün Müctəhid Şəbistəri isə Təbrizin cümə namazı xütbələrində İran xalqının Amerikanı dünyada gərginlik və terrrorizmin mənbəyi hesab etdiyini bildirərək, deyib: "Amerikaya ölüm" şüarı İran xalqının Amerikanın hegemonçuluq siyasətləri ilə müxalifətinin nişanəsidir. Və İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri əsasında İranın xarici siyasəti dövlətlərin gediş-gəlişi ilə dəyişməyəcək.
Təbrizin imam cüməsi həmçinin Mina faciəsinə və çoxlu sayda zəvvarın bu ilki həcc mərasimində həlak olmasına işarə edərək, deyib: İsrailin casusluq orqanları və Ali-Səud rejiminin bu faciəni birgə şəkildə planlaşdırmaları barədə faktlar mövcuddur. Və İran məsələyə tam aydınlıq gətirilənə kimi, onu izləyəcək.
İsfayanın imam cüməsi Ayətullah Yusif Təbatəbayi də İnqilab Rəhbərinin İran xalqının "Amerikaya ölüm" şüarı ilə bağlı bəyanatına işarə edərək, deyib: İran xalqının şüarları elmi əsaslara malikdir və İran xalqı "Amerikaya ölüm" şüarı verməklə ABŞ dövlətinin düşmənçilik siyasətlərinə qarşı öz qəzəb və nifrətini bəyan etməklə yanaşı, ABŞ xalqı ilə də hansısa düşmənçiliyə malik olmadığını elan edib.
İranın cənubunda yerləşən Bəndər Abbas şəhərinin imam cüməsi Ayətullah Nəimabadi də iranlıların heç vaxt ABŞ rəsmilərinə etibar etməyəcəklərini vurğulayıb və deyib: ABŞ-ın dünyaya hakim olmaq və məzlum xalqları qarət etmək niyyətində olduğu zamana kimi bu ölkə ilə müzakirə aparmaq olmaz.
Zahidanın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Rahdari də Mina hadisəsinə işarə edərək, deyib: Bu hadisə ilə dünya başa düşdü ki, Ali-Səud ləyaqətsiz bir hökumətdir və Həcc işlərini idarə etmək qabiliyyətinə malik deyil.
İranın qərbində yerləşən İlam şəhərinin imam cüməsi höccətülislam vəlmüslimin Lütfi də xalqın, xüsusilə də məktəblilər və tələbələrin 13 aban(4 noyabr) yürüşündə geniş iştirakını yüksək qiymətləndirib və deyib: Bu yürüşün başlıca müraciti imperializm və hegemonçuluq qarşısında müqavimət və mübarizədir.