Rusiyanın qapıları İran ixracatı üçün açıqdır
https://azeri.sahartv.ir/news/İran-i199760-rusiyanın_qapıları_İran_ixracatı_üçün_açıqdır
Rusiya baş nazirinin müavini Dmitri Raquzin İranın rabitə naziri ilə görüşüb. Bu görüşdə iki ölkə əlaqələrinin inkişafı yolları barədə fikir mübadilələri aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 06:10 Asia/Baku
  • Rusiyanın qapıları İran ixracatı üçün açıqdır
    Rusiyanın qapıları İran ixracatı üçün açıqdır

Rusiya baş nazirinin müavini Dmitri Raquzin İranın rabitə naziri ilə görüşüb. Bu görüşdə iki ölkə əlaqələrinin inkişafı yolları barədə fikir mübadilələri aparılıb.

Dmitri Raquzin Tehrana olan dövrü səfəri çərçivəsində Vaizi ilə görüşündə deyib: İran və Rusiya birgə komissiyası iki ölkənin nazirlikləri və dövlətlərinə əlaqələrin inkişafı yolunda addımların atılmasında kömək edir.
O, iki ölkə mütəxəssislərinin himayə edilməsi üçün kifayət qədər anlaşmanın əldə edildiyini vurğulayıb və deyib: İranın rabitə naziri də İsfahan və Sankt Peterburqun qardaş şəhərlər elan edilməsi və iş adamlarının daha artıq himayə olunmasının İran-Rusiya əlaqələrinin inkişafında təsirli ola biləcəyi qənaətindədir.
Vaizi də deyib: İran-Rusiya əlaqələri inkişaf etməkdədir. Və biz siyasi, təhlükəsizlik və ikitərəfli əməkdaşlıqlar baxımından Rusiya ilə yaxşı anlaşmaya malikik. Ümidvarıq gələcəkdə iqtisadiyyat, texnologiya və mədəniyyət sahəsində də bir-birimiz ilə daha müsbət əməkdaşlıqlarımız olsun.
İranın rabitə və informasiya texnologiyaları naziri əlavə edib: İran və Rusiya arasındakı layihələrin icrası üçün 5 milyard dollarlıq bir vəsaitin ayrılması həmçinin, iki ölkə bankları arasında əməkdaşlığın genişləndirilməsi üçün daha 2 milyard dollarlıq maliyyə qaynağının təmin edilməsinəzərdə tutulub.
Vaizi İranın hazırda Rusiyaya 19 adda məhsul ixrac etməsinə işarə edərək, deyib: Rusiyanın Avropa ilə münasibətlərində yaranan problemləri nəzərə alaraq, Rusiya qapıları İran məhsullarının üzünə açıqdır.
Vaizi İran və Rusiyanın Suriya məsələsi ilə bağlı əməkdaşlıqlarına habelə, Paris terror olaylarına da işarə edib və deyib: İran İslam Respublikası daim ifratçılıq ilə müxalif olub və əl-Qaidə, İŞİD və digər terror qruplaşmaları ilə mübarizəyə təkid edib. İŞİD regional və beynəlxalq təhlükəsizlik üçün bir təhdiddir.